Accessibility links

BMT : Qaçqın böhranı dərinləşir


BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, Yunanıstana sığınan insanların vəziyyəti ciddi şəkildə ağırlaşıb. 30 mindən artıq qaçqın qeyri-insani şəraitdə yaşayır. Agentlik bu səbəbdən böhranın həllinə dair plan açıqlayıb.

Təklif gələn həftə Brüsseldə Türkiyə ilə Avropa İttifaqı arasında keçiriləcək görüşdən əvvəl irəli sürülüb.

​Agentliyin hesabatında deyilir ki, Makedoniyaya çox az sayda insan qəbul edilir. Minlərlə digərləri sərhədin o tayında artmaqda olan gərginliklərə atılıb.

Agentliyin sözçüsü Melissa Fleminq deyib ki, vəziyyət Avropa ölkələri keçən il vəd etdikləri kimi qaçqınları qəbul etsə, böhranın böyük bir hissəsi həll edilmiş olacaq.

Avropa İttifaqı indiyədək 160 min qaçqının 28 ölkə arasında bölüşdürülməsinə razılıq verib.

İtaliya və Yunanıstanın qaçqın yükünü tək daşıması ədalətsizlikdir

​“İtaliya və Yunanıstanın qaçqın yükünü tək daşıması ədalətsizlikdir. Avstriya, Almaniya və İsveç kimi Avropa ölklərinin qaçqın böhranı yükünü daşıması ədalətsizlikdir və bona son qoyulmalıdır”-deyə Fleming bildirib.


BMT-nin qaçqınlar agentliyinin 6 hissəli planında qaçqınların təcili şəkildə yerləşdirilməsi, qaçqın statusuna kvalifikasiyası olmayanların vətənlərinə qaytarılması təklif edilir.

Sənəddə qaçqınların xüsusi proqramlarla təmin edilməsi, ailələrin yunifikası da tövsiyə edilir.

XS
SM
MD
LG