Accessibility links

BMT-nin Qaçqınlar agentliyi: Zəngin ölkələr qaçqınlara daha çox yardım etməlidir


BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi zəngin ölkələri daha çox yoxsul ölkələrdə sığınacaq istəyən milyonlarla qaçqınla bağlı yükü üzərlərinə götürməyə çağırıb.

Qrandi bildirib ki, BMT-nin Qaçqınlar Agentliyinin illik konfransında hökumətlərin üzərlərinə götürdüyü yeni təəhhüdlərin dünya boyu qaçqın probleminin həlli istiqamətində konkret addımlarla nəticələnəcəyinə inanır.

"Haqqında danışdığımız 65 milyonun əksəriyyəti zəngin ölkələrdə deyil. Onlar yoxsul ölkələrdədir. Və bu yoxsul ölkələrin bu məsuliyyəti bölüşməsi üçün zəngin ölkələrin yardımına ehtiyacı var"-deyə Qrandi bildirib.

O deyib ki, zəngin ölkələr qaçqınlara sığınacaq verən yoxsul ölkələrə maliyyə yardımı verməklə, ya da onların bir hissəsi yerləşdirməklə bir çox yolla kömək göstərə bilər.

Filippo Qrandi qaçqın böhranın genişlənməkdə olan bir böhran olduğunu bildirərək, konfransın keçdiyi dörd gün ərzində Cənubi Sudandan 13 min qaçqının qonşu ölkələrə qaçdığını qeyd edib. O bildirib ki, eyni müddət ərzində Aralıq dənizində 10 min qaçqın xilas edilib, Hələbin şərqində isə insanlar mühasirəyə alınmış şəhərdə ilişib qalıb.

"Haqqında danışdığımız 65 milyonun əksəriyyəti zəngin ölkələrdə deyil. Onlar yoxsul ölkələrdədir. Və bu yoxsul ölkələrin bu məsuliyyəti bölüşməsi üçün zəngin ölkələrin yardımına ehtiyacı var"-Filippo Qrandi

Qrandinin bildirdiyinə görə, Avropa İttifaqının Suriyadan və başqa ölkələrdən 160 min qaçqının yerləşdirilməsinə dair planı həyata keçirilməyib. O, Avropa İttifaqına üzv ölkələrin bu yükün bölüşdürüldüyü halda qaçqın böhranının həll ola biləcəyini əlavə edib.

Bunun əvəzinə bu yükün əsas hissəsi Yunanıstanın üzərinə düşür.

Qrandi eyni zamanda, Somali və Əfqanıstan kimi həlli yubanan və uzun müddətdir davam edən qaçqın probleminin çözülməsinin asan olmadığını etiraf edib.

Lakin o, Fil dişi sahili, Mali və Myanmar kimi ölkələri qaçqın probleminin həllinə uğurlu nümunə olaraq göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG