Accessibility links

BMT rəhbəri hökumətləri koronavirusla mübarizədə insan haqlarına diqqət yetirməyə çağırıb


BMT-nin baş katibi Antonio Quterreş koronavirusun yayılmasının "sürətli şəkildə insan haqları böhranı"na çevrildiyini deyib.

Cümə axşamı etdiyi çıxışında o, hökumətləri səhiyyə xidmətlərinin əlçatan olmasını və bütün insanlara göstərilməsini, iqtisadi yardım paketlərinin ən çox ehtiyacı olanlara paylanmasını və hər kəsin ərzaq, su və sığınacağa çıxışının olmasını təmin etməyə çağırıb.

"Biz virusun ayrı-seçkilik salmadığını, ancaq təsirlərinin ayrı-seçkilik etdiyini gördük, onlar dövlət xidmətlərinin göstərilməsində dərin çatışmazlıqların və onlara çıxışa mane olan struktur bərabərsizliklərinin olduğunu üzə çıxardı. Biz bu problemlərin düzgün şəkildə həll olunduğuna əmin olmalıyıq" - deyə, Quterreş bildirib.

"Bizim önümüzdə hələ uzun yolumuz var. Bu virus hələ uzun müddət bizimlə olacaq," - Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Ghebreyesus bildirib. "Bir çox ölkədə epidemiya hələ başlanğıc mərhələsindədir. Pandemiyanın əvvəlində təsirlənən bir çox ölkədə isə virusa yoluxma halları yenidən artmağa başlayıb," o deyib.

"Və, gəlin, nə etsək də unutmayaq ki, təhlükə insanlar deyil, virusdur" - deyə, o əlavə edib.

BMT rəhbəri bu mesajını dünya səhiyyə rəsmilərinin bəzi ölkələrin böyük inkişaf əldə etdikləri və karantin tədbirlərini yüngülləşdirməyə başlamalarına baxmayaraq, virusa qarşı mübarizənin sona çatmadığı barədə xəbərdarlığından sonra səsləndirib.

"Səhvə yol verməyin, hələ uzun yolumuz var. Bu virus uzun müddət bizimlə olacaq. Əksər ölkələr hələ də epidemiyanın ilk mərhələsindədir. Pandemiyadan ilk əvvəl təsirlənmiş bəzi ölkələrdə isə yeni hallar yenidən baş qaldırıb" - deyə, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gibriysus bildirib.

ABŞ-ın səhiyyə rəsmiləri də ictimaiyyəti növbəti qrip mövsümünə hazırlaşmağa və səhiyyə sistemində gərginliyi azaltmaq üçün peyvəndlər etməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG