Accessibility links

BMT rəsmiləri: Əsəd hökuməti mülki insanlara tibbi yardımın qarşısını alır


BMT rəsmiləri prezident Bəşər Əsədin mühasirədə olan yüz minlərlə insana gedən tibbi yardımı buraxmadığına görə Suriya hökumətini ittiham edib. Rəsmilər dərman və tibbi yardım çatışmazlığı ucbatından insanların öldüyünü deyir.

Tibb işçiləri yaralılar üçün qan toplayır. Dael, Dəra Quberniyası, Suriya. 1 may, 2016.
Tibb işçiləri yaralılar üçün qan toplayır. Dael, Dəra Quberniyası, Suriya. 1 may, 2016.

Suriya üzrə xüsusi məsləhətçi Yan İqilend mühasirədə olan yüz minlərlə insana göndərilən qida və digər yardımlarda irəliləyiş olsa da bunun hələ kifayət olmadığını deyib.

İqilend BMT-nin və digər yardım təşkilatlarının Suriyada müharibədən əziyyət çəkən mülki vətəndaşların hamısına tibbi yardım göstərə bilmədiklərini deyib. Onun sözlərinə görə bir çox insanlar aclıqdan əziyyət çəksə də tibbi yardımın olmaması insan ölümünün başlıca səbəbidir.

Onlar döyüşçü deyillər. Onlar evakuasiya edilə bilmədikləri üçün ölümə tərk edilən qadınlar və uşaqlardır.
Yan İqilend

“İnsanlar ölümə tərk edilir. Müharibədən əziyyət çəkənlərin üçdə biri qadınlar və uşaqlardır. Onlar döyüşçü deyillər. Onlar evakuasiya edilə bilmədikləri üçün ölümə tərk edilən qadınlar və uşaqlardırlar. Onlar həkimlər olmadığından düzgün tibbi yardım ala bilmirlər və həlak olurlar. Orada cərrahiyə ləvazimatları belə yoxdur. Onlar hətta hospitalda yataqlarında hücuma məruz qaldıqları üçün ölə bilərlər,” deyə İqilend bildirib.

Əsəd hökuməti uzun zamandır ki, BMT humanitar yardımının mühasirədə olan ərazilərə buraxılmasına icazə verildiyini deyir. Lakin ərazidə çalışan humanitar yardım işçiləri bunun çox vaxt doğru olmadığını bildirir. Bir çox hallarda hökumət qüvvələri yardımın müharibənin təsirinə məruz qalmış bölgələrə getməsinə mane olur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG