Accessibility links

Nüvə silahlarını yasaqlayan ilk saziş imzalara açılıb


BMT-də dövlətlərinin imzalanması üçün nüvə silahlarını yasaqlayan ilk saziş açıq elan edilib. Sənəd 100 dövlət tərəfindən dəstəklənir.

"Dünyanı nüvə silahların təmizləyəcək bu sazişi böyük əhəmiyyət kəsb edir." - deyə BMT-nin baş katibi Antonio Qutteres bildirib.

Sənəd BMT-nin Baş Assambleyasının illik toplantısı vaxtına təsadüf edir.

Bütün ölkələrin " heç bir şərt altında nüvə silahının istehsalı, sınağı, nüvə silahlarının saxlanmasını yasaqlayan sənəd ölkələrin ratifikasiyasını tələb edir.

İyul ayında 120-dən artıq ölkə sənədi təsdiq edib. Lakin nüvə qüdrətinə malik olan ölkələr və onların müttəfiqləri müzakirələri boykot edib.

Sənədin bu gün 51 ölkə tərəfindən imzalanacağı gözlənilir.

Şimali Koreyanın nüvə silahı əldə etmək cəhdi toplantının gündəliyində yer alan əsas mövzudur.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatına üzv ölkələri Şimali Koreyaya nüvə silahlarını təslim etmək üçün təzyiq göstərməyə çağırıb. Amerika lideri özünün BMT-nin Baş Assambleyası qarşısında ilk çıxışında Şimali Koreya təhlükəsini başlıca qlobal risk adlandırıb.

Nyu Yorkda BMT-nin baş qərargahında çıxışında Tramp deyib ki, dünya “yaramaz” ölkələr və “terroçular və ekstremistlər” tərəfindən dağıdıcı təhlükələrə məruz qalır.

“Yaramaz ölkələr nəinki terroçulara dəstək verir, onlar həm də insanlığa məlum olan ən dağıdıcı silahlarla ölkələrə təhlükə yaradır”, Tramp nüvə silahlarını nəzərdə tuturaq bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın şərqində əməliyyatları gücləndirir
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG