Accessibility links

BMT-nin Baş Assambleyasında adi silahların ticarətinə dair müzakirələrin bərpası məsələsi yekdilliklə təsdiq edilib



BMT-nin Baş Assambleyasında adi silahların ticarətinə dair müzakirələrin bərpası məsələsi yekdilliklə təsdiq edilib. İyun ayında bu məsələ ilə bağlı razılığın əldə edilməsi baş tutmamışdı. Belə ki, ABŞ 60 milyard dollarlıq sənayeyə qaydalar tətbiq edilməsi ilə bağlı sazişlə razılaşmamışdı.

Razılıq 133 leyhinə, 0 əleyhinə və 17 bitərəf səslə qəbul edilib.

Assambleya mart ayında planla bağlı konsesus əldə edilməsi məqsədi ilə konfrans təşkil edəcək. Tədbirdə silahların beynəlxalq miqyasda satış standartları müzakirəyə çıxarılacaq.

Amerikanın Milli Silah Assosiasiyası BMT nümayəndələrinə odlu silahların mülki vətəndaşlar tərəfindən əldə edilməsi daxil edilən hər bir sənədin rədd ediləcəyi barədə xəbərdarlıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG