Accessibility links

Suriya hökuməti BMT müfəttişlərinin yoxlanışına razılıq verib


Suriya hökuməti BMT müfəttişlərinin kimyəvi silahlardan istifadə edildiyindən şübhənilən bölgələrdə yoxlanış aparmasına razılıq verib.

BMT-nin baş katibi Ban Gi Mun təftişin sabah başlayacağını bildirib.

BMT müfəttişləri artıq Suriyadadır. Qərb dövlətləri BMT komandasının insident baş verən Quta rayonuna girişinin təmin edilməsinə çağırıb. Onları hər bir gecikmənin izləri itirəcəyi narahat edir.

Obama administrasiyasının bir rəsmisi Qərbin xəbər agentliklərinə Qutada kimyəvi silahlardan istifadə edildiyinə dair şübhələrin böyük olmadığını deyib. O, ABŞ kəşfiyyatı və beynəlxalq patnyorların ölənlərin sayı, yaralıların simptomları, şahidlərin dediklərinə əsasən nəticə çıxardıqlarını bildirib.

Suriya müxalifəti və fəallar isə kimyəvi silahlarla hücumun yüzlərlə insanın həyatına son qoyduğunu deyir.

Suriya prezidenti Bəşar Əl-Əsəd ittihamları rədd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG