Accessibility links

Suriya sülh danışıqlarına kimlər qatılacaq?


BMT Suriya sülh danışıqlarının yeni raunduna bir neçə gün qalmış müzakirələrdə kimlərin iştirak edəcəyinə aydınlıq gətirməyə çalışır. Eyni zamanda danışıqların gələn həftə planlaşdırıldığı kimi vaxtında baş tutacağına dair şübhələr mövcuddur.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistira danışıqların yanvarın 25-də Cenevrədə keçiriləcəyini bəyan edib. Lakin BMT sözçüsü Fərhan Haq dünən bildirib ki, müzakirələrdə rəqib qruplaşmaların hansının iştirak edəcəyi məlum olmadığına görə dəvətnamələr hələ göndərilməyib. Sözçü baş katib Ban Gi Munun danışıqların planlaşdırıldığ gün keçirilməsinə çalışdığını deyib. O, BMT-nin danışıqlara start verildiyi gündən atəşkəsin qüvvəyə minəcəyinə ümid bəslədiyini bildirib.

Müzakirələr ABŞ, Rusiya və Fransa daxil edilməklə, 17 ölkənin dəstəyini əldə etsə də, rəqib qrupların hansının müzakirələrə qatılacağına dair qərar verilməyib.

Fransanın xarici işlər naziri Loren Fabye Əbu Dabidə bildirib ki, iştirakçılar barədə qərarı BMT verməlidir.

Suriyada 2011-ci ilin mart ayından bəri vətəndaş müharibəsi davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG