Accessibility links

BMT: Müharibə cinayətləri Suriyada hədd səviyyədədir


BMT-nin insan haqları kommissiyasının Suriya üzrə rəhbəri bildirib ki, Suriya hökümət qüvvələri və İŞİD qrupu insanlara qarşı cinayət əməllərini davam etdirir.

"Müharibə cinayətləri artmaqda davam edir. Bu zorakılıqlara son qoyulmalıdır," deyə kommissiyanın rəhbəri Sergio Pinheri bildirib.

Hərbi münaqişədə iştirak edən digər ölkələr də tənqidlərə məruz qalıb.

Təşkilat yayımladığı 11-ci bəyanatında 2015-ci ilin iyul ayından 2016-ci ilin yanvar ayına qədər baş verən hadisələri əhatə edib. Paneldə Suriya dövlətinin dağılmağın astanasına çatdığı xəbərdarlıq edilib.

Kommissiyanın üç üzvü 400-dən çox müsahibə keçirərək 30 səhfəlik hesabat hazırlamağı planlaşdırır. Onlar Suriya rəsmilərinin ölkəyə girişə qadağa qoyduqlarını deyir.

Təşkilatın rəhbəri cənab Pinheiro deyib ki, bu bizə böyük maneə törədir. Paneldə Suriya dövlətinin dağılmaq üzrə olmasına dair xəbərdarlıq da yer alıb.

3 üzvlü komissiya 400-dən artıq müsahibə və digər məlumatlara əsaslanaraq 30 səhifəlik hesabat hazırlasa da, rəsmilər onlara Suriya daxilindəki mənbələrə çıxış imkanı verməyib. "Bu, ciddi problemdir" - deyə Pinheyro bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG