Accessibility links

BMTrəsmiləri Vyanada İranın nümayəndə heyətilə görüşür


BMT-nin nüvə agentliyinin rəsmiləri bu gün İranın nümayəndə heyətilə BMT-nın nüvə silahı istehsal etdiyini ehtimal edən əraziyə icazə barədə danışıqlar aparmaq üçün Vyanada görüşür.

Tərəfl'r bir neçə aydır ki, İranın Pərçin nüvə obyektinə girişə icazə barədə vaxtaşırı danışıqlar aparır. Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın cənubundakı hərbi obyektdə döyüş başlıqları daşıyan nüvə silahlarının sınaqdan keçirdiyini ehtimal edir.

Agentliyə istinad edən mətbuat orqanları ötən günlərdə İranın Fordo yeraltı obyektində yeni uran sentrifuqlarını istehsal etməklə nüvə silahı istehsalı prosesini başa çatdıracağından narahat olduğunu deyib.

İran nüvə proqramının sdinc mahiyyət daşıdığında təkid edir.
XS
SM
MD
LG