Accessibility links

BMT Təhlükəsizlik Şurası Liviyada "qeyri-uçuş" zonası haqda təklifi təstiqləyib


BMT Təhlükəsizlik Şurası Liviyada "qeyri-uçuş" zonası haqda təklifi təstiqləyib
BMT Təhlükəsizlik Şurası Liviyada "qeyri-uçuş" zonası haqda təklifi təstiqləyib

Səsvermədə iştirak edən ölkələr arasında qətnamə layihəsi əleyhinə səsverən ölkə olmayıb. Buna baxmayaraq Braziliya, Çin, Almaniya, Hindistan və Rusiya səsvermədə iştirak etməyib. Qətnamə Liviyaya qarşı gücdən istifadə yolunu açıb. İndi isə müdaxiləni müdafiə edən qərb ölkələri hansı hərbi taktikalardan istifadə edəcəkləri barədə qərar qəbul etməlidirlər.

BMT Təhlükəsizlik Şurası Liviyada qeyri-uçuş zonasının tətbiqini müzakirə edəndən sonra uçuş qadağasını təstiqləmək qərarına gəlib. Bu arada gün ərzində Müəmmər Qəzzafiyə sadiq qüvvələr üsyançı istehkamlarına hücumları davam etdiriblər. Səsvermədə iştirak edən ölkələr arasında qətnamə layihəsi əleyhinə səsverən ölkə olmayıb. Buna baxmayaraq Braziliya, Çin, Almaniya, Hindistan və Rusiya səsvermədə iştirak etməyib. Qətnamə Liviyaya qarşı gücdən istifadə yolunu açıb. İndi isə müdaxiləni müdafiə edən qərb ölkələri hansı hərbi taktikalardan istifadə edəcəkləri barədə qərar qəbul etməlidirlər.

Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə də, mülki əhalinin qorunması üçün, uçuş qadağası da daxil zəruri olan bütün ölçülərin tətbiq olunmasına səlahiyyət verir. Qəzzafiyə qarşı vuruşan qiyamçılar Təhlükəsizlik Şurasının qərarını alqışlayıblar.

ABŞ dövlət katibi Hillari Klinton bu gün səsvermədən əvvəl günün sonunadək qətnamənin qəbul olunacağını güman etdiyini bildirmişdi. Ərəb Liqasının dəstəyi ilə qətnaməni Britaniya, Fransa və Livan təqdim ediblər. Bəzi Qərb dövlətləri son günlərdə belə bir qətnamənin tezliklə qəbul edilməsi istiqamətində fəaliyyətlərinə əlavə olaraq üsyançılara yardım göstərmək üçün başqa ölçüləri də nəzərdən keçirməyə davam ediblər. Son günlərdə yüngül silahlanmış dağınıq müxalifət qüvvələri təyyarələr, tanklar və ağır texnika ilə silahlanmış Qəzzafi ordusunun qarşısında dəfələrlə geri çəkiliblər.

XS
SM
MD
LG