Accessibility links

Qəzzafi tərəfdarları Əcdəbiyə şəhərini bombardman ediblər


Qəzzafi tərəfdarları Əcdəbiyə şəhərini bombardman ediblər
Qəzzafi tərəfdarları Əcdəbiyə şəhərini bombardman ediblər

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr başlıca qiyamçı istehkamı sayılan Benqazi yaxınılığındakı Əcdəbiyə şəhərinə hava zərbələri endiriblər. Şahidlər deyirlər ki, şəhərin qərb civarları bombardman edilib. Fransa xəbər agentliyi azı bir üsyançnın həlak olduğunu xəbər verir. Qəzzafi qüvvələri habelə Tripolidən 120 kilometr məsafədə yerləşən qərbi sahil şəhəri olan Zuvarahı hədəf alıblar. Zuvarah müxalifətçilərin bir ay bundan öncə üsyan baş qaldırdıqdan sonra ilk olaraq ələ keçirdikləri azsaylı şəhərlərdən biri olub.

XS
SM
MD
LG