Accessibility links

BMT-nin Təhlükəsizlik Şürası İrana qarşı yeni sanksiyalar tədbiq edəcək


BMT-nin Təhlükəsizlik Şürası İrana qarşı yeni sanksiyalar tədbiq edəcək
BMT-nin Təhlükəsizlik Şürası İrana qarşı yeni sanksiyalar tədbiq edəcək

Rusiya xarici işlər naziri Serqey Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şürası nüvə proqramı ilə bağlı münaqişəyə görə İrana qarşı yeni sanksiyalar tədbiq edəcək qətnaməni tamamlamaq üzrədir.

Rusiya xarici işlər naziri Serqey Lavrov bildirib ki, BMT Təhlükəsizlik Şürası nüvə proqramı ilə bağlı münaqişəyə görə İrana qarşı yeni sanksiyalar tədbiq edəcək qətnaməni tamamlamaq üzrədir.

Lavrov deyib ki, qətnamə Rusiya, Çin və Təhlükəsizlik Şürasının daimi üzv olmayan ölkələr tərəfindən təklif edilmiş düzəlişləri nəzərədə tutacaq. Rusiya İnterfaks agentliyi Lavrova istinadən deyir ki, qətnaməyə Rusiya və Çinin təklif etdiyi düzəlişlər daxil edilməklə, sənəddən İrana qarşı “ iflic edici sanksiyalar” ifadəsi çıxardılıb.

O, bunları cümə günü Pekində Çin rəsmiləri ilə birgünlük görüşü zamanı söyləyib.

İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyi üçün dördüncü dəfədir ki, beynəlxalq sanksiyalarla üzləşir. İran bildirib ki, onun nüvə proqramı dinc və sülhsevər xarakter daşıyır. Lakin ABŞ və qərb ölkələri rəsmi Tehranın nüvə silahları əldə etmək niyyətində olduğundan şübhələnir.

Bundan əlavə, Rusiya xarici işlər naziri lavrov vəABŞ dövlət katibi Hilari Klinton İranın nüvə proqramı ilə əlaqəli ona qarşı təklif edilən sanksiyalara dair fikir mübadiləsi edib.

XS
SM
MD
LG