İrandan olan 7 mühacir artıq beşinci gündür ki, BMT-nin Azərbaycan nümayəndəliyinin qarçısında etiraz aksiyası keçirir.
Asiya iştirakçılarından Babək Muğanlı Amerikanın Səsinə bildirib ki, biz mühacirlər artıq 10 ildən 24 ilədək müddətdə Azərbaycanda qaçqın statusunda yaşayırıq, lakin üçüncü ölkəyə göndərilməyimiz məsələsi həllini tapmır.
Muğanlının sözlərinə görə, BMT-nin Azərbaycan nümayəndəliyi mühacirləri qəbul edib.
“Bizə dedilər ki, hələ üçüncü ölkəyə göndərmək üçün imkanlar yoxdur. Üçüncü ölkələr mühacir qəbul etmir”, deyə o qeyd edib.
BMT-nin Azərbaycan nümayəndəliyindən hələ məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.