Accessibility links

Əfsanəvi musiqiçi Bob Dilan Ədəbiyyat üzrə Nobel mükafatı ilə təltif edilib


İsveç Akademiyası 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının əfsanəvi Bob Dilana təltif edildiyini bildirib.

2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatı Amerika mahnı ənənəsində yeni poetik dilin yaradılmasına görə Bob Dilana verilir.
Sara Danius

Akademiyanın daimi katibi, professor Sara Danius Stokholmda laureatın adını elan edərkən deyib:

“2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatı Amerika mahnı ənənəsində yeni poetik dilin yaradılmasına görə Bob Dilana verilir.”

Dilanın bundan əvvəllər Nobel mükafatının laureatı ola bilməsinin mümkünlüyü qeyd edilsə də, o, ciddi rəqib hesab edilmirdi, belə ki, ekspertlər belə prestijli mükafatın pop musiqi sahəsinə şamil ediləcəyini gözləmirdi.

Əsl adı Robet Allen Zimmerman olan Bob Dilan 1941-ci il mayın 24-də orta sinfə mənsub yəhudi ailəsində anadan olub. O, gitar, harmonika və pianoda musiqi ifa etməyi özü öyrənib.

ABŞ prezidenti Barak Obama Bob Dilana "Azadlıq Medalı"nı təqdim edir
ABŞ prezidenti Barak Obama Bob Dilana "Azadlıq Medalı"nı təqdim edir

75 yaşlı müğənni və bəstəkar musiqi karyerasına 1959-cu ildə başlayıb və ilk mahnılarını Minnesotada kafelərdə ifa edib. Dilanın ilk albomu 1962-ci ildə işıq üzü görüb.

Dilan 1960-cı illərdə “'Blowin in the Wind” kimi Vyetnam müharibəsi əleyhinə hərəkatın və vətəndaş hüquqları uğrunda mübarizənin simvoluna çevrilmiş mahnıları ilə şöhrət qazanıb. O, 2008-ci ildə Amerika musiqisi və mədəniyyətinə töhfələrinə görə prestijli Pulitser mükafatına layiq görülüb.

Ədəbiyyat üzrə Nobel mükafatı ilə Dilan təxminən 928 min dollar alacaq.

Nobel mükafatlarının rəsmi təqdimat mərasimi dekabrın 10-da olacaq.

XS
SM
MD
LG