Accessibility links

Boko Haram qrupunun İslam Dövləti ilə əlaqəsi varmı?


ABŞ rəsmiləri Nigeriyanın Boko Haram qrupunun son videosunun onun İslam Dövləti ilə əlaqəsi olduğuna dair nümunə olmadığını deyir. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, qruplar arasında tərəfdaşlıq mövcud deyil. Belə ki, Boko Haram Nigeriyadakı vəziyyət üzərində mərkəzləşib.

​Boko Haramın yaydığı son videoda iki nəfərin başının kəsildiyi nümayiş etdirilib. Hər iki nəfərin də dizi üztə və yaraqlıların əllərində bıçaq onların arxasında durduğu göstərilib.

İslam Dövlətinin qara bayrağı ekranın sağ küncündə dalğalanıb.

Videonu araşdıran SITE kəşfiyyat xidməti İslam Dövlətinin videolarının bəzi elementlərindən burada istifadə edildiyini bildirir. Məsələn ürək döyüntüsü və nəfər səsləri kimi.

Başı kəsilməzdən əvvəl özünü Davud Məhəmməd kimi təqdim edən şəxs polisin ona casusluq üçün 25 dollar məbləğində pul verdiyini etiraf edib. Videoda onun qətlə yetirilməsi nümayiş etdirilməyib.

Bənzərliklər təsadüfi deyil. ABŞ rəsmisi Boko Haramın öz təbliğat səylərini gücləndirmək məqsədi ilə İslam Dövlətindən bəzi elementlərini götürdüyünü deyib. Onlar sosial mediada biri-birinin üstünə qışqırmaqla qüdrətlərini nümayiş etdirməyə çalışır.

Bu yaxınlarda Boko Haram sosila media İŞİD-a sədaqət andı içilməsini təklif edib.

ABŞ rəsmisi onların bu yolla həqiqətən də birlikdə çalışdıqlarını göstərmək istədiklərini bildirib.

Boko Haramın son videosunun harada və nə zaman çəkildiyi bəlli deyil.

İlk dəfə qrup oktyabr ayında Higeriyanın hava qüvvələrinin pilotunun öldürülməsini göstərən video yaymışdı.

Boko Haram 2009-cu ildən bəri minlərlə insanın qətlinin məsuliyyətini daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG