Boko Haram terror qruplaşmasının yaraqlılarının Nigeriyanın şimal-şərqindəki Mayduquri kəndinə hücumu nəticəsindən çoxsaylı insanın qətlə yetirildiyi ehtimal olunur.
Şahidlər deyir ki, yaraqlılar şənbə günü Dalori qəsəbəsinə silahlı hücum edərək sakinlərə atəş açıb və evləri, eləcə də insanları yandırmağa çalışıb.
Associated Press-in məlumata görə, əsgərlər 3 qadın intiharçının özünü partlatması nəticəsində çoxsaylı əlavə itkilərin baş verdiyini görüb.
Sakinlər deyir ki, ən azı 50 nəfər zorakılıqlar nəticəsində öldürülüb.
Boko Haram əsasən Nigeriyanın şimal-şərqində istinadgahlansa da, yaraqlı qruplaşma bu il kampaniyasını intensivləşdirərək qonşu Kamerun, Çad və Nigerdə də düşərgələr salaraq hücumlar həyata keçirib.