Accessibility links

Nigeriyada Boko Haram yaraqlıları 65 nəfəri qətlə yetirib


Nigeriyada Boko Haram yaraqlıları 65 nəfəri qətlə yetirib. Hücum dəfn mərasimi zamanı həyata keçirilib.

Şənbə günü yaraqlıların daha bir hücumu nəticəsində öldürülənlərin cəsədləri aşkar edilib.

Yerli hökumət rəhbəri Məhəmməd Bulama hücumun iki həftə əvvəl 11 Boko Haram yaraqlısının öldürülməsinin qisası olduğunu düşündüyünü deyib.

Boka Haram hərəkatı artıq 10 ildir vüsət alıb. Bu müddət ərzində 30 mindən çox insan öldürülüb, milyonlarla insanın didərgin düşməsi isə dünyanın ən böyük humanitar fəlakətinə səbəb olub.

Ekstremistlər məktəbli qızlar və oğlanları bazarlar, məscidlər və izdihamlı ərazilərdə intiharçı hücumlarına vadar edir.

XS
SM
MD
LG