Accessibility links

Boliviyada mamalar xəstəxanalara cəlb edilir [Video]


Boliviyada mamalar xəstəxanalara cəlb edilir
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Boliviyada mamalar xəstəxanalara cəlb edilir

Boliviya ölkədə yüksək həddə çatan ana və uşaq ölümlərinin qarşısını almaq üçün Qərb təbabəti və ənənəvi tibbdən istifadə edərək, yeni bir layihə hazırlayıb.

Boliviyada qadınların çoxu doğuş vaxtı çatanda ənənəvi olaraq mamalara müraciət edir. Onlar Qərb təbabəti üzrə təhsil alan həkimlərlə özlərini rahat hiss etmirlər. “Mamalar evlərimizə gəlib bizi doğuşa hazırlayır. Həkimlər bunu etmir, onlar yalnız nəzarət edir və iynə vurur. Mamalar isə masaj edir, bitki çayları hazırlayır, doğuşa yardım edirlər” deyə, doğmağa hazırlaşan Maqdalina Quispe bildirir.

Lakin Boliviya Cənubi Amerika ölkələri arasında doğuş vaxtı qadınların ən çox öldüyü ölkədir. Bu da ona görədir ki, qadınlar uşağın ev şəraitində doğuşuna üstünlük verir.

Pan-American Səhiyyə Təşkilatından Fernando Lianes: “Evdə doğuşa nəzarət edilməlidir. Biz evdə doğuşa, yaxud nəzarət olmadan doğuşa imkan verməməliyik. Çünki son anda həyatı xilas etmək gərək olur. Doğuşun uğurlu keçməsi üçün qadın xəstəxanaya çatdırılmalıdır. Ağırlaşmaların qarşısını ev şəraitində almaq mümkün deyil.”

Hazırda hökumət infeksiya və qanaxmanın qarşısını almaq üçün mamalara təlimlər keçir. Lakin mama Faustina Onofre deyir ki, o, mamalıq haqda biliklərini ailəsindən alıb. “Boliviyada bizim müdrik nənələrimiz hamilə qadına əl vurarkən onun vəziyyətini təyin etməyi bacarırdı. Bu, bizlərə miras qalıb.”

Mamaların xəstəxanalara cəlb edilməsi və onlara bəzi ənənəvi metodlardan istifadə etməyə icazə verilməsindən sonra daha çox qadın xəstəxanada doğmağa üstünlük verib. Bu, həm doğuşdan əvvəl qadınların xəstəxanalarda və ya klinikalarda müayinə olunması üçün rahat olur, həm də həkimlər mamalarla daha rahat işləyə bilir. Doktor Mario Padilla: “Qərb təcrübəsi üstünlük təşkil etsə də biz buna uyğunlaşmağa çalışırıq. Bu, tibbin təkamülüdür. Təbii müalicədə mamalar bizə çox yardım edir.”

Bu isə həm anaların, həm də körpələrın xeyrinədir.

XS
SM
MD
LG