Accessibility links

Boliviyada koronavirusdan 1500-dən çox ölüm qeydə alınıb


Boliviyanın ən böyük iki şəhəri - La-Paz və El-Altodakı koronavirus xəstələrini müalicə edən xəstəxanalar artıq doludur.

La-Paz şəhərinin meri Luis Revilla şəhərdəki COVİD xəstəxanalarının dolu olduğunu deyib. La-Portada və Kotahuma xəstəxanaları və təcili yardım bölmələrinin də tam dolu olduğu bildirilib. Revilla Sur xəstəxanasının ən qısa müddətdə işləməyə hazır olmağa çağırıb.

La-Pazdakı xəstəxananın bir tibb bacısı xəstəxananın artıq bir neçə həftədir dolu olduğunu deyib. "Biz bu vəziyyətə təxminən iki ay əvvəl düşmüşük. İnsanlarımıza yardım üçün əlimizdən gələni edirik, ancaq artıq çökmək üzrəyik" - deyə, Meri Tikona bildirib.

Tikona Boliviyanın milli səhiyyə işçilərini müdaxilə etməyə və xəstəxana işçiləri üçün koronavirus testlərinin keçirilməsinə çağırır.

Tikona Latın Amerikasının ən kasıb ölkələrindən biri olan Boliviyada sürətlə artan virus simptomlarının artıq səhiyyə işçilərində də müşahidə edildiyini deyib.

Bu günə qədər Boliviyada koronavirusa 42 mindən çox yoluxma, 1500-dən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG