Accessibility links

Bolqarıstanda baş nazirin istefasına etirazlar davam edir


Bolqarıstan parlamenti baş nazir Boyko Borisovun istefa ərizəsinin qəbul edilməsinə səs verib.

Dünən Borisovun istefasından sonra nümayişçilər Bolqarıstan paytaxtı Sofiyada etiraz aksiyalarını davam etdirib.

Dünən axşam saatlarında nümayişçilər Borisovun evinin önündə "Qovulub! İstefa verməyib!" şüarı səsləndiriblər. Ancaq Borisovun tərəfdarları yürüş keçirərək onu vəzifəsində qalmağa çağırır.

Ölkədə mərkəz-sağçı hökumətin enerji qiymətləri, korrupsiya iddiaları, o cümlədən səhiyyə və təhsil xərclərinin ixtisarına yol açan ölçülərə qarşı keçirilən nümayişlərdən sonra siyasi gərginlik yaşanır.

Borisovun istefası Bolqarıstanda aprel ayının əvvəllərindən yeni seçkilərin keçirilməsinə yol aça bilər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG