Accessibility links

Bolqarıstanlı xizək sürən Qış Olimpiya Oyunlarında tək başına iştirak etmək istəyir [Video]


Bolqarıstanlı xizək sürən Qış Olimpiya Oyunlarında tək başına iştirak etmək istəyir
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Təqaüdə çıxmış bolqarıstanlı xizək sürən Olimpiya oyunlarında yenidən qızıl medal uğrunda mübarizə aparacaq. O, Soçidə Bolqarıstanı təmsil edir, lakin Pxençxan Qış Olimpiya Oyunlarında o bir nəfərlik komanda şəklində iştirak edəcək.

Bu məqsədə çatmaq, yəni Olimpiadada iştirak etmək çoxlu həvəs və məşq etmək tələb edir. Ötən Olimpiya Oyunlarında mən Soçidə 20 inanılmaz gün keçirdim
Nikola Çonqarov

Bolqarıstanlı xizək sürən və musiqiçi Nikola Çonqarov üçün xizək sürmək bəzən dağa dırmaşmağa bənzəyir.

“Bu məqsədə çatmaq, yəni Olimpiadada iştirak etmək çoxlu həvəs və məşq etmək tələb edir. Ötən Olimpiya Oyunlarında mən Soçidə 20 inanılmaz gün keçirdim. Orada mən bütün bu idmançıları tanıdım və gözəl abu-havanı yaşadım,” deyə o bildirir.

Çongi adı ilə tanınan Çonqarov ski-krossda yarışır. Ski-krossda xizək sürənlər vaxt əvəzinə rəqiblərinə qarşı yarışır.

Pxençxan Qış Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə etmək üçün, o dünyanın 32 ən yaxşı xizək sürənlərinin sırasına daxil olmalıdır. Bunu isə o, maliyyə problemləri olan Bolqarıstan Xizək Federasiyasının maddi yardımı olmadan etməlidir.

“Mən daha bir Olimpiya Oyunlarında iştirak etmək istəyirəm. Bilirəm ki, mən buna nail ola bilərəm və ski-krossda iştirak etmək istəyirəm. Mən insanların nə deyəcəyinə məhəl qoymuram. Bu ideyam yaranandan bəri mən outsayder, yəni kənar adam olmuşam və hər kəs mənə qəribə şəkildə baxıb,” Çonqarov deyir.

Ona görə də o pul yığır və məşq edir.

Pxençxan
Pxençxan

“Mən artıq özümü formaya salmağa başladım və daha da yaxşılaşıram. İndi artıq mən daha yaxşı səviyyədəyəm,” o söyləyir.

İdmançı-musiqiçi deyir ki, o xizək sürməyə üç yaşında başlayıb. Ondan bir il öncə isə o, atası xizək sürərkən onun arxa çantasında oturub.

Çonginin Pxençxan Qış Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edib etməyəcəyi hələ ki, bəlli deyil. Amma o hətta deyib ki, onu maliyyələşdirən insana mahnı yazacaq. Amma hələ ki, bu nəhəg idman yarışmasında iştirak edib-etməyəcəyini öyrənməyi gözlədiyi bir vaxt, o, rok-n-roll musiqisi ifa etməyə davam edəcək.

XS
SM
MD
LG