Accessibility links

Bolsonaro G-7 ölkələrinin Amazon meşələrində yanğınlarla mübarizəyə ayırdığı yardımı bir şərtlə qəbul edir


Cair Bolsonaro
Cair Bolsonaro

Braziliya prezidenti Jair Bolsonaro deyir ki, Braziliya G-7 ölkələrinin Amazondakı meşə yanğınlarına yardımını Fransa prezidenti Makronun Bolsonaronun təhqiredici hesab etdiyi sözlərini geri alması şərti ilə qəbul edəcək.

Bolsonaro çərşənbə axşamı müxbirlərə deyib ki, Makron onu yalançılıqda ittiham edib. O əlavə edib ki, Makron sözlərini geri almalıdır və bundan sonra onlar məsələ ilə bağlı danışıqlar apara bilər.

Makron Bolsonaronun səmimiyyəti və ətraf mühiti qorumaq öhdəliyini sual edib. Makron ötən il Bolsonaronun Amazondakı meşə yanğınlarını söndürmək üçün ciddi addımlar atmadığı halda Latın Amerikası ilə Avropa İttifaqı arasında azad ticarət razılığını blok etməklə hədələmişdi. Bolsonaro yardımı şərti qəbul etmədən bir gün öncə bu pulları rədd edərək, onların Avropada daha yaxşı istifadə oluna biləcəyini söyləmişdi.

Braziliya prezident aparatının rəhbəri Oniks Lorenzoni G1 xəbər vebsaytına bildirib ki, Braziliya təklifi yüksək qiymətləndirir, amma əlavə edib ki, “bəlkə bu pullar Avropada meşə salmaq üçün istifadə oluna bilər”.

Fransada keçirilən Böyük Yeddiliyin zirvə görüşündə dünya liderləri bazar ertəsi Cənubi Amerikada Amazon hövzəsi ölkələrinə dünyanın ən böyük tropik meşəsində baş vermiş yanğınlarla mübarizəyə kömək üçün 22 milyon dollar pul ayırıb.

Zirvə görüşünə ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron və sammitə qonaq qismində qatılmış Çili prezidenti Sebastian Pinera qeyd ediblər ki, hazırda yanğının bürüdüyü meşələr karbon qazını udub, oksigei istehsal etməkdə roluna görə planetin "ağ ciyərləri" hesab edilir.

Makron Fransanın bir neçə saat ərzində bölgədəki yanğınlarla mübarizə məqsədilə hərbi dəstək göndərə biləcəyini bildirib.

Makron və Pinera G-7 ölkələrinin - ABŞ, İngiltərə, Almaniya, İtaliya, Yaponiya, Kanada və Fransanın - Afrikanın tropik meşələrində yanğınlarla mübarizə aparmaq üçün oxşar yardımın mümkünlüyünü araşdırğını bildiriblər.

Makron iqlim dəyişikliyinə şübhə ilə yanaşan Braziliya Prezidenti Jair Bolsonaronun Amazonda yanğınlar ilə mübarizə üçün ciddi addımlar atmazsa, Avropa İttifaqının Latın Amerikası ilə yeni bir ticarət razılaşmasının qarşısını alacağı ilə təhdid edib. Ətraf mühitin qorunması üçün beynəlxalq birliyin təzyiqi ilə Bolsonaro bazar günü yanğının qarşısını almağa kömək etmək üçün iki C-130 Hercules təyyarəsini göndərib.

Makron prezident Donald Trampın bazar ertəsi ətraf mühitlə bağlı G-7-nin iş sessiyasında iştirak etməməsinə baxmayaraq, ABŞ-ın Cənubi Amerika ölkələrinə edilən yardımı dəstəklədiyini söyləyib.

Bu il Amazon bölgəsini əhatə edən ərazilərdə 75 mindən çox yanğın qeydə alınıb, onların çoxu bu ay baş verib. Ekspertlər fermerləri və ranço sahiblərini əkinçilik üçün torpaqları təmizləmək məqsədilə yanğınları törətməkdə günahlandırdılar.

XS
SM
MD
LG