Accessibility links

Usain Bolt Rioda üçüncü qızıl medalını qazandı


Rio Olimpiya Oyunlarında 100 və 200 metrlik məsafəyə qaçışda qızıl medal qazanan yamaykalı Usain Bolt dünən gecə 4x100 məsafəlik yarışda kişilərin finalında da birinci oldu.

Yarışdan sonra Bolt «Ən böyük mənəm!» deyib.

Bununla da 29 yaşlı Bolt 2008-ci il Pekin və 2012-ci il London olimpiadasındakı uğurunu təkrarlayıb.

Usain Bolt 2017-ci ildə keçiriləcək Atletika üzrə Dünya Çempionatından sonra atletizmdən uzaqlaşacağını deyib.

Bolt bu günə qədər iştirak etdiyi bütün Olimpiya oyunlarında qızıl medal qazanıb.

XS
SM
MD
LG