Accessibility links

Bolton: Şimali Koreya nüvə silahlarından imtina etmək niyyətində deyil


Bolton: Şimali Koreya nüvə silahlarından imtina etmək niyyətində deyil
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyir ki, Şimali Koreya heç vaxt nüvə silahlarından könüllü olaraq əl çəkməyəcək. Tramp administrasiyasından çıxarılandan bəri ilk dəfə çıxış edən Bolton deyib ki, Şimali Koreya lideri Kim Conq Un “nüvə imkanlarına sahib olamq üçün əlindən gəlin edəcək”. Boltonun bazar ertəsi etdiyi çıxışı Şimali Koreyanın nümayəndəsinin BMT-nin Baş Assambleyasındakı çıxışı ilə eyni vaxta təsadüf edib. Nümayəndə öz çıxışında Birləşmiş Ştlatları regiondakı vəziyyətlə bağlı danışıqlara xələl gətirən “provokasiyalar” etməkdə günahlandırıb.

Birləşmiş Ştatlar nüvə proqramını ləğv etməyənədək Şimali Koreyaya qarşı sərt iqtisadi sanksiyaları dəstəkləyir.ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla şəxsi münasibətlərini tərifləyib və deyib ki, iki tərəf yarımadanın nüvəsizləşdirilməsi üzərində əməkdaşlıq edir.

Düşünürəm ki, Kim Conq Unun həyata keçirdiyi strateji qərar odur ki, o, nüvə imkanlarını saxlamaq və daha da inkişaf etdirmək üçün əlindən gələni edəcək.
Con Bolton


Şimali Koreya bazar ertəsi bidlrib ki, Birləşmiş Ştatların siyasi və hərbi provokasiyası səbəbilə danışıqlarda çox az irəliləyiş əldə olunub.

“Danışıqların fürsətə çevrilib və ya böhranı daha da sürətləndirəcəyi ABŞ-dan asılıdır”, Şimali Koreyanın BMT-dəki nümayəndəsi Kim Sonq bildirib.

Bolton deyib ki, Şimali Koreyanın nüvə silahlarından imtina etmək planı yoxdur.

“Düşünürəm ki, Kim Conq Unun həyata keçirdiyi strateji qərar odur ki, o, nüvə imkanlarını saxlamaq və daha da inkişaf etdirmək üçün əlindən gələni edəcək. O, beynəlxalq sanksiyalardan azad oluna bilər, o bəzi güzəşətlər edə bilər, amma mövcud vəziyyətdə o heç vaxt nüvə silahlarından könüllü olaraq imtina etməyəcək”, Bolton deyib.

Şimali Koreya bu il bir sıra raket sınaqları keçirib, amma 2017-ci ilin sentyabrından bəri nüvə sınağı keçirməyib. Tramp buna onun səbəb olduğunu deyir, lakin Bolton bunun müsbət işarə olmadığını deyir.

Donald Tramp və Kim Conq Un
Donald Tramp və Kim Conq Un

“Hazırda nüvə silahlarının və yaxud uzun mənzilli raketlərin sınaqlarının keçirilməməsini bir səbəbi, bir narahatedici səbəbi odur ki, Şimali Koreya yaxşı və ya pis məqsədlə sınaqları baş çatdırıb, döyüş başlıqları və uzun mənzilli raketlər istehsal edə bildiyini düşünür. Bu isə ümidverici deyil. Bu, narahatedicir,”Bolton söyləyib.

Sabiq milli təhlükəsizlik müşaviri deyib ki, Şimali Koreyaya nüvə silahlarına malik olmağa imkan vermək qəbuledilməzdir.

“Əgər Şimali Koreyanın nüvə silahlarına sahib olmasının qəbuledilməz olduğuna inanırsansa - amma belə düşünməyə də bilərsən- o zaman hərbi gücdən istifadə bir variant ola bilər”, Con Bolton deyib.

Tramp hərbi gücdən istifadə etməkdən çəkinib. O, ötən ay Boltonla Şimali Koreya, İran və digər məsələlərlə bağlı fikir ayrılıqlarının olduğunu söyləyrək, onu vəzifəsindən azad edib və onun yerinə Robert O’Brayaı təyin edib.

XS
SM
MD
LG