Accessibility links

Bomba və narkotik maddələri aşkar edən cihaz [Video]


Bomba və narkotik maddələri aşkar edən cihaz
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Adətən hava limanlarında baqajda partlayıcılar və ya qanunsuz narkotik maddələrin olub-olmadığını itlər iyləyərək yoxlayır. İndi isə havanı iyləyə bilən yeni yüksək texnologiyalı bir cihaz inkişaf etdirilib. Beləcə bomba ekspertləri və hava limanı işçiləri artıq baqajları və konteynerləri toxunmadan yoxlaya biləcəklər.

Biz çipi alıb, axın kamerası adlandırdığımız mikro kolorimetrik çipin olduğu mikro kameraya taxırıq. Daha sonra onu cihaza taxırıq. Sonra isə proqramı başladanda, avadanlıq kimyəvi maddəni aşkar etdiyində kolorimetrik çipin bir neçə şəklini çəkir.
Milan Laustsen

Belə görünür yaxın gələcəkdə itlərdən təhlükəsizliyi təmin etmək üçün istifadə etməyə ehtiyac qalmayacaq, çünki onların yerinə Crim-Track adlı cihaz keçəcək. Bu cihaz havanı iyləyir və iki dəqiqədən az müddətdə partlayıcı maddələri və ya qeyri-qanuni narkotik maddələri aşkar edə bilir. Bu cihaz Danimarka Texniki Universitetinin tədqiqatçları tərəfindən inkişaf etdirilib.

“Biz burada kiçik ekran qoymuşuq. Əgər bunu insan idarə edirsə, o düyməni basa bilər və cihaz siqnal verəcək,” deyə baş tədqiqatçı Mogens Havstin Yakobsen bildirir.

Cihaz isə belə işləyir:

“Cihazın simsiz rabitə sistemi var. O batareya ilə işləyir və bu, eyni anda bir neçə cihazdan istifadə etməyə imkan yaradır. Gələcəkdə toplanan məlumatlar birbaşa olaraq nəzarət məntəqəsinə ötürüləcək. Bu nəzarət məntəqəsi isə kompyuter, laptop, iPad və ya ona bənzər başqa bir alət ola bilər. Beləcə bir ərazidə eyni anda bir neçə cihaz axtarış apara bilər,” Yakobsen deyir.

Crim-Track-in içində boyası olan çiplər var. Belə ki, aşkar olunan kimyəvi maddədən asılı olaraq onların rəngi dəyişir.

“Biz çipi alıb, axın kamerası adlandırdığımız mikro kolorimetrik çipin olduğu mikro kameraya taxırıq. Daha sonra onu cihaza taxırıq. Sonra isə proqramı başladanda, avadanlıq kimyəvi maddəni aşkar etdiyində kolorimetrik çipin bir neçə şəklini çəkir,” tədqiqatçı yardımçısı Milan Laustsen söyləyir.

Tədqiqatçılar bu yeni texnologiyanı 2020-ci ilə dək bazara çıxarmağa ümid edir.

XS
SM
MD
LG