Accessibility links

Qanqster obrazları ilə Hollivudda məşhur olan aktyor Hamfri Boqart


Amerika film sənayesinin 1999-cu ildə bütün dövrlərin ən yaxşı kişi aktyoru adlandırdığı Hamfri Boqart düz 100 il əvvəl 1899-cu ilin Milad bayramı günü dünyaya gəlib.

Qanqster obrazları ilə Hollivudda məşhur olan aktyor Hamfri Boqart
please wait

No media source currently available

0:00 0:10:25 0:00

​Valideyinləri zəngin, orta sinfin yuxarı təbəqəsindən olan Hamfri Boqart Manhattanda rəssamlıqla məşğul olur və uzun zamandan sonra nəhayət o, Hollivudda qanqster rolları ilə tanınmağa başlayır.

Onun ilk filmi rejissor Con Fordun 1930-cu ildə çəkdiyi “Up the River” filmi ilə başlayır. Bu filmdə o aktyor Spenser Treysi ilə birgə çəkilir.

Boqart daha sonra tamaşalarda bir çox kiçik rollar oynamaqla aktyor kimi püxtələşir və 1936-cı ildə “Daşlaşmış Meşə” filmindəki bank qarətçisi Con Dillincer rolu ilə məşhurlaşır. Hamfri Boqartın yeni imici onun Warner Brothers studiosu ilə uzun müddətli müqavilə bağlamasına yol açır.

O, rejissor Raul Valşın 1940-cı ildə çəkdiyi “Onlar Gecə Sürürlər” adlı serialı kimi ardıcıl bir çox filmlərdə ciddi rollar ifa edir.

Boqart yaratdığı obrazlara rəğbət bəsləmirdi, amma onun görünüşü obraza uyğun gəldiyindən başqa cür alınmırdı.

“Onlar Gecə Sürürlər” filmindən bir il sonra Boqartın karyerasında yenilik baş verir.

1941-ci ildə aktyor Corc Raft Con Hyustonun “Malta Şahini” filmində Sem Speyd rolundan boyun qaçırdıqda, Boqart həmin rolu ifa etməyə razılaşır və bu rol onun həyatında ən yaddaqalan rol olur.

Film hit olur və Boqartın populyarlığı birə-beş artır.

1944-cü ildə rejissor Hovard Havksin “To Have and Have Not” filmində o, və elə dünya da onunla eyni filmdə çəkilən 19 yaşlı Betti Perski ilə tanış oldu. Betti Perski Loren Bakall adı ilə ictimayyətdə tanınır.

Filmin bir epizodunda Bakall Boqarta sonralar məşhur ifadəyə çevrilən sözləri deyir - “Fit çalmağı bacarırsan eləmi? Dodaqlarını yapışıdırır və üfürürsən.”

25 il yaş fərqinə baxmayaraq Lorenlə Boqart biri-birinə aşiq olur və növbəti il evlənir. Onların iki uşağı olur. Boqart bundan əvvəl üç dəfə evli olmuş, sonra boşanmışdı. Amma bu dəfəki evlilik həmişəlik olur.

1946-cı ildə Hovard Houks “Böyük Yatma” filmi ilə cütlüyü bir daha bir araya gətirir. Triller janrında çəkilmiş filmin ssenaristi Reymond Çandler süjetin bəzi anlarının onun özünü belə çaşdırdığını etiraf edir.

1947-ci ildə solçu baxışları ilə tanınan cütlük Qeyri-Amerika Fəaliyyətləri Komisiyasının tuç gəlir və onlara kommunist damğası vurulur.

Boqart “Milli Himn səslənəndə azca tərpənən vurulacaq” deyirdi. O, və Bakall Cudi Qarland, Gene Kelli, Con Qarfild, Con Hyuston və Uiliam Uayler - film sənaye ulduzları ilə bərabər 1-ci dəyişiklik uğrunda komitəyə qoşulur və səslərinin eşidilməsi üçün paytaxt Vaşınqtona yola düşürlər.

Milli əhval-ruhiyyə o zaman yüksək idi. II Dünya Müharibəsindən sonra Qırmızı Ordunun Amerikada olması barədə paranoya yaşanırdı və hətta Boqart mövqeyini ictimayyətdə ifadə etməkdə çətinlik çəkir.

O, tənqidlərə məruz qalır və ifadələrində ehtiyatlı olmağa məcbur edilir; hətta 1948-ci ildə “Mən Kommunist Deyiləm” başlıqlı məqalə dərc etdirir.

1951-ci ildə o yenidən karyerasına qayıdır və “Afrika Kraliçası” filmindəki roluna görə ən yaxşı aktyor kateqoriyasında Oskar mükafatının qalibi olur.

Üç il sonra Billi Uilderin “Sabrina” filmində 25yaşlı Audri Hepburnlə birgə iştirak edir. O zaman artıq Boqartın 55 yaşı var idi və onun səhhəti pis idi.

Siqaret və içkiyə qurşanan Boqart yanvar ayında xərçəng xəstəliyindən vəfat edir. Bakall onun məzarına qızıl fışdırıq

qoyur və deyir “məni istəsən fit çal və mən gələcəm.”

FILM CLIP VOICEOVER: “The Maltese Falcon”

BOGART:

“I don’t care who loves who I won’t play the sap for you!”

CREDITS TO CLOSE

XS
SM
MD
LG