Accessibility links

Boris Conson xəstəxanadan çıxıb


Britaniyanın baş naziri Boris Consonun vəziyyətinin normal olduğu bildirilir. 55 yaşlı baş nazir artıq iki gündür ki, reanimasiyadan çıxarılıb və bazar günü xəstəxananı tərk edib.

Consonun daha əvvəl COVID-19 simptomları ilə xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti pisləşib və o, reanimasiya şöbəsinə köçürülüb. Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.

Conson koronavirus testi müsbət nəticələnəndən sonra aprelin 5-də əlavə testlər keçirilməsi üçün xəstəxanaya aparılıb.

Xarici İşlər naziri Dominik Raab hazırda Consonun vəzifələrini müvəqqəti yerinə yetirir. Belə ki, Britaniyada baş nazir müavini vəzifəsi yoxdur.

Raab baş nazirin xəstəxanaya düşməsinə baxmayaraq, hökumətin işini davam etdirəcəyini deyib.

Britaniyada artıq 10 minə yaxın insan koronavirusadan həyatını itirib.

Britaniyanın Səhiyyə Nazirliyi COVID-19-a 2 gün ərzində hər gün 1000 nəfər olmaqla, 2000 adamın yoluxduğunu bildirib.

Son 24 saat ərzində 917 xəstə ölüb. Ölənlər arasında 11 yaşlı uşaq da var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG