Accessibility links

Vaşinqtonda Rusiya səfirliyi qarşısındakı meydana Boris Nemtsovun adı verildi


Boris Nemtsovun qətlinin üçüncü ildönümünün tamam olduğu bir vaxt paytaxt Vaşinqtonda meydanlardan birinə onun adını verilib.

Vaşinqtondakı Rusiya səfirliyinin qarşısındakı küçənin adının dəyişdirilməsi təşəbbüsü 2016-cı ildə Florida ştatından respubikaçı senator Marko Rubio tərəfindən irəli sürülüb.

Meydana Boris Nemtsovun adının verilməsi münasibətilə keçirilən tədbirə qətlə yetirilmiş tanınmış müxalif siyasətçinin qızı Janna Nemtsova, “Otkrıtaya Rossiya” hərəkatının sədrinin müavini Vladimir Kara-Murza, ABŞ senatoru Marko Rubio, ABŞ-ın Helsinki komissiyasının sədri senator Rocer Uiker və Birləşmiş Ştatların digər rəsmi şəxsləri qatılıb.

Vaşinqtonda Boris Nemtsov adına meydanın açılış mərasimi
Vaşinqtonda Boris Nemtsov adına meydanın açılış mərasimi

Rusiya rəsmiləri ABŞ paytxtında səfirliyin yeni ünvanını narazılıq hissi ilə qarşılayıblar. Dövlər Dumasında beynəlxalq məsələlər üzrə komitənin sədri Leonid Slutskiy bu ilin yanvar ayında Vaşinqtondakı meydana Boris Nemtsovun adının verilməsini belə qiymətləndirib: “Kobud və sərt, Amerika hökuməti tərəfindən bizim acığımıza edilib, onlar elə bilirdilər ki, bununla bizi incidə biləcəklər ”.

Bu arada, Rusiya paytaxtında insanlar bütün gün ərzindəNemstosun qətlə yetirildiyi körpüyə gül-çiçək dəstələri gətiriblər. Moskvada və başqa şəhərlərdə “Otkrıtaya Rossiya” hərəkatı Nemtsovun xatirəsini anmaq üçün aksiyalar keçirib.

Moskvada Rusiya müxalifət lideri Boris Nemtsovun xatirəsi anılıb
Moskvada Rusiya müxalifət lideri Boris Nemtsovun xatirəsi anılıb

ABŞ Nemtsovun qətlinin üçüncü ildönümündə Rusiya hökumətini onun qətlinin təşkilatçıları və sifarişçiləri də daxil olmaqla, cinayətdə əli olan bütün şəxsləri məsuliyyətə cəlb etməyə çağırıb.

XS
SM
MD
LG