Accessibility links

Evlənənlər azalıb, boşananlar artıb


2017-ci ildə Azərbaycan əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artıb. 2018-ci il yanvar ayının 1-nə olan məlumata görə, əhalinin sayı 9 milyon 898085 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilir.

Məlumata görə, əhalinin 52,9 faizi şəhərdə, 47,1 faizi kəndlərdə qeydiyyatdadır. 49,9 faizi kişilərdən, 50,1 faizi isə qadınlardan ibarətdir.

Komitə bildirir ki, 2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) şöbələri 144041 nəfər və ya hər gün orta hesabla 395 doğulmuş körpə qeydə alıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edib.

2017-ci ildə ölkənin Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 62923 nikah və 14514 boşanma halları qeydə alıb.

2016-cı ildə isə Azərbaycanda rəsmi 66771 nikah, 13114 boşanma halı baş vermişdi.

XS
SM
MD
LG