Accessibility links

Bosniyada ümumi seçkilər keçirilir


Bosniyada ümumi seçkilər keçirilir
Bosniyada ümumi seçkilər keçirilir

Bu gün etnik tərkibinə görə bölünmüş Bosniya-Herseqovinada ümumi seçkiləri keçirilir. Səsvermənin nəticələri ölkənin Avropa Birliyi və NATO-ya üzvlük arzularını təhlükə altın almış siyasi durğunluqdan çıxmaq üçün olduqca böyük əhəmiyyət daşıyır. Serblər, Bosniya müsəlmanları və xorvatlardan ibarət ölkə əhalisinin 3 mliyonu səs vermək hüququna malikdir. Namizədlər mərkəzi və regional parlamentlər, habelə Bosniya serblərinin prezidenti və federal prezident yerləri uğrunda mübarizə aparırlar. Bosniyanın seçki rəsmiləri bu gün səhər seçicilərin 13 faizinin səsverdiyini bildiriblər. İkin nəticələrin günün sonu üçün məluma olacağı gözlənilir. Üç il sürən vətəndaş müharibəsindən çıxmış Bosniyanın mürəkkəb siyasi sistemi 1995-ci ildə ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş Deyton Sülh razılığına əsasən hazırlanmışdır.

XS
SM
MD
LG