Accessibility links

Bosniya polisi Srebrenitsa qətliamında şübhəli bilinən keçmiş polis zabitini həbs edib


Bosniya polisi Srebrenitsa qətliamında şübhəli bilinən keçmiş polis zabitini həbs edib
Bosniya polisi Srebrenitsa qətliamında şübhəli bilinən keçmiş polis zabitini həbs edib

Bosniya polisi 1995-ci ildə Srebrenitsada səkkiz min müsəlman kişi və oğlanın qətliamına görə soyqırımda şübhəli bilinən keçmiş bosniyalı serb polis zabitini həbs edib. Rəsmilərin bildirdiyinə görə, Draqan Çernoqorats Dövlət Təhqiqat və Müdafiə agentliyi tərəfindən şimalda yerləşən Banya Luka şəhərində həbs edilib. 38 yaşlı keçmiş polis zabiti İkinci Dünya müharibəsindən sonra Avropada ən dəhşətli qətliam hesab edilən bosniyalı müsəlman kişi və oğlanların qətlində şəxsən iştirak etməkdə günahlandırılır. Prokurorlar bildirir ki, Çernoqorats Srebrenitsanı üç il sürən müharibənin sonunda1995-ci ilin iyul ayında BMT sülhümühafizə qüvvələrindən almış Bosniya Serbləri hərbi qüvvələrinin üzvü olub.

XS
SM
MD
LG