Accessibility links

Radovan Karadiçə qarşı irəli sürülən soyqırım ittihamı qüvvədə saxlanılıb


Bosniya serb lideri on minlərlə insanın qətlində günahkar hesab edilir


Birləşmiş Millətlər Təşkilatının müharibə cinayətləri üzrə tribunalının hakimləri sabiq Bosniya Serb liderri Radovan Karadiçə qarşı irəli sürülən soyqırım ittihamlarını qüvvədə saxlayıb. O, 1992-1995-ci il müharibəsində serb olmayan insanların öldürülməsindəki roluna görə ittiham edilir.

Hakimlərin qərarı Karadiçin keçən il soyqırım maddəsi üzrə bəraət hökmünü ləğv edib. O, həmçinin 1995-ci ildə Sbrenitsada 8000 müsəlman kişi və oğlanın qətlində ittiham edilir.

Karadiç müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət üzrə doqquz ittihamla üzləşib. O, Bosniyada etnik təmizləmə apararaq serb olmayan insanları öldürmək, qırmaq, deportasiya və soyqırım törətmək planına görə də ganahlandırılır.

Hökm Sbrenisa qətliamının 18-ci ildönümününə təsadüf edir. Minlərlə insan kütləvi məzardan çıxarılaraq, kimliyi müəyyən edilən 409 insanın qalıqlarının dəfn mərasimdə iştirak etməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG