Accessibility links

Bosniya Avropa İttifaqına üzv olmaq üçün müraciət edib


Bosniya rəsmi şəkildə Avropa Birliyi üzvü olmaq üçün müraciət edib. Prezident Draqan Covik ittifaqın 28-ci üzvü olma yolunda ərizələri bazar günü Hollandiya xarici işlər naziri Bert Koendersə təqdim edib. Bosniya 2000-ci illərin əvvəlində də Avropa İttifaqına qoşulmağa çalışıb, amma Yuqoslaviya dağılandan sonra ölkənin serb, xorvat və müsəlman icmaları arasında yaranan dərin fikir ayrılıqları ittifaq üzvü olmaq üçün lazım olan islahatların həyata keçirilməsinin qarşısını aldı.

Kovic “Bosniya-Herzeqovina, xalqı, yəni serblər, xorvatlar və boşnaklar adından ərizələri təqdim etməkdən məmnunluğunu ifadə edib. Avropa İttifaqına prezidentlik edən Hollandiyadan Koeners isə “Bosniyanın yenidən islahat yolunda olduğunu görməyə şad olduğunu deyib.”

Aİ-nin xarici siyəsət üzrə rəhbəri Federika Mogerini və Aİ Genişlənmə komissarı Yohannes Han birgə bəyanatda “Bu gün biz vahid və dinc qitənin yaranması yolunda növbəti bir addımın atılmasının şahidi olduq,” deyə bildirib. Onların sözlərinə görə, Bosniyanın Aİ ərizəsi Avropa xalqları arasında vahid Avropa qitəsinə ehtiyacın yüksək olduğunu göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG