Accessibility links

Boston partlayışları ilə bağlı bir şübhəli ələ keçirilib [Fotoqalereya]



CNN telekanalının bildirdiyinə görə Boston partlayışları ilə bağlı bir şübhəli ələ keçirilib. Həmin şəxsin saxlanmasına kamera görüntüləri yardım edib. Videolarda əlində qara torba olan şəxs nümayiş etdirilir.

Birləşmiş Ştatların federal hüquq-mühafizə orqanları bazar ertəsi Boston marafonunda həyata keçirilən iki bomba hücumu ilə bağlı dəlillər əldə edildiyini bildirib.

Federal Kəşfiyyat İdarəsinin çərşənbə axşamı açıqladığı fotolarda bombaların yerləşdirildiyi metal zibil qutularının qırıntıları ilə yanaşı, batareyalar və simlər olub.

Müfəttişlər bombaların tünd rəngli torbalarda, təzyiqli qazanlara yerləşdirdiyini ehtimal edir.

Hüquq-mühafizə işçiləri hücumlarda əli olanları tapmaq üçün məlumat vermələri barədə ictimaiyyətə mürəciət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG