Accessibility links

Boston hücumları ilə bağlı dəlillərin toplanması davam etdirilir


Boston marafonu zamanı həyata keçirilən hücumlarla bağlı dəlillərin toplanması davam etdirilir.

Federal təhqiqatçlar atışma zamanı öldürülən Tamerlan Tsarnayevin həyat yoldaşı Katrin Russellin valideynlərinin Rod Aylanddakı evindən genetik nümunələr götürüb. Təhqiqat zamanı bombaların birindən DNK testlərinə əsasən qadın genetik məlumatı əldə edilib.

Katrin qızı ilə bərabər ərinin öldürülməsindən sonra valideynləri ilə yaşayır. Onun vəkili Katrinin istintaqa tam şəkildə yardım etdiyini bildirib.

Federal hakim isə ikinci şübhəli Cövhər Tsarnayevin müdafiəsi məqsədi ilə onu vəkillə təmin edib. Həmin vəkil Amerikada böyük qalmaqallara yol açan müttəhimləri müdafiə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG