Accessibility links

Masaçusets ştatının üç şəhərində təhlükəsizlik tədbirləri görülür


Qaz borusunun partladığı ehtimal edilən qəzada onlarla evin yanmasına, 18 yaşlı bir oğlanın ölümünə və 12 nəfərin yaralanmasına səbəb olan hadisədən bir gün sonra Boston şəhərinin şimalındakı üç şəhərdə təhlükəsizlik işçiləri vəziyyətə nəzarət edir.

Partlayış və yanğın Masaçusets ştatının Laurens, Andover və Şimali Andover şəhərlərində baş verib.

Təbii qazdan istifadə edən şəhər sakinlərinin evlərindən evakuasiya etmələri barədə əmr verilib.

“Biz hələlik bunun nə qədər vaxt alacağını bilmirik. İnsanların evlərinə dönmələri zaman alacaq. Özlərinin və ailə üzvlərinin təhlükəsizliyi üçün sakinlər sığınacaqlara getmələdir, kömək üçün isə 911-ə zəng etmək olar” - deyə, Şimali Andover şəhərinin meneceri, Endrü Meyor bildirib.

“Colombia Gas” adlı yerli qaz təchizatı şirkəti borularda qazın təzyiqini azaltdıqlarını və qaz nəqli prosesinin tam dayandırılmasının zaman alacağını bildirib.

Masaçusets ştatının qubernatoru Çarli Beyker qəza baş vermiş ərazilərdə elektrikin kəsilməsinə görə yollarda işıqforların işləməməsi səbəbindən hər kəsi ehtiyatlı olmağa çağırıb.

XS
SM
MD
LG