Accessibility links

Ləkə götürməyən boya [Video]


Ləkə götürməyən boya
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Hər kəsə məlumdur ki, yağış damcıları bəzi tropik bitkilərin- taro və lotusun yarpaqlarından sürüşüb düşür, iz buraxmır.

Və tezliklə, sizin avtomobilinizin boyası da eyni şeyi edə biləcək.

Alimlər hazırda bunun replikasına çox kiçik hissəcikləri araşdıran nanofizikada əldə olunan irəliləmələrlə nail olublar.

Çinin Dalian Texnologiya Universitetinin araşdırmaçısı və hazırda London Kollec Universitetində işləyən Yaou Lu titanium dioksid nanohissəciklərindən istifadə edərək yeni suyu itən boya kəşf edib.

Onun meneceri qeyri-üzvi kimya professor Kler Karmalt deyir ki, nə zamanki su bu boya ilə örtülmüş səthə dəydikdə, su sadəcə sürüşmür…

Kler Karmalt: "Əslində bu yumru topa yaxın formaya çevrilir ki, səthin üstündən yuvarlana bilir, bakteriya və çirki kiçik tozsoran kimi toplayır. Biz bu boyanı şüşə və ya metal kimi sərt səthə tətbiq edə bilərik. Həmçinin pambıq və kağız kimi yumşaq səthdə də yapışqan kimi istifadə oluna bilər."

Suyu itən boyanın ən böyük mənfi cəhəti olan mexaniki zədəyə açıq olması xüsusi yapışqanı titanium dioksid nanohissəciyə əlavə etməklə həll olunub.

Kler Karmalt: "Bu yapışqan spreyi tətbiq etdiyimizdə, biz çox dayanıqlı örtük əldə edirik. Dediyim kimi, sürtünməyə və ya çizilməyə və hətta sumbata kağızı ilə sürtunməyə dayanıqlı."

Yeni növ boya fərqli materiallarda istifadə oluna bilər - paltar, kağızdan tutmuş dəmir, şüşəyə qədər. Tədqiqatçılar deyir ki, bu formul iri ölçülü istehsal üçün əlverişlidir və xəstəxanalar, zavodlar da daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər.

XS
SM
MD
LG