Böyük ağ köpəkbalığı 6 metrədən uzun ola bilir, onu heç bir yırtıcı yeməsə də, özü dəniz məməlilərinin bir çoxunu yeyir. Lakin bütün yırtıcılığına baxmayaraq, bu növ Beynəlxalq Təbiətin Qorunması Birliyi tərəfindən nəsli kəsilmək təhlüləsi altında olan heyvanlar siyahısına daxil edilib. Onlara nəzarət edən alimlər isə hər il getdikcə daha az böyük ağ köpəkbalığına rast gəlir.
Bu turistlər Böyük ağ köpəkbalığına yaxın gəlmək üçün çox pul ödəyirlər.
Amma tur rəhbərləri deyir ki, onların işləri getdikcə çətinləşir.
Köpəkbalıqlarından qorunma qəfəsinin operatoru Heinrik Du Plessis: “Dörd il öncə qayığın ətrafında altı, yeddi müxtəlif köpəkbalığı görmək olurdu. İndi isə üç, ən yaxşı halda isə dörd ədəd görmək olur”.
Stellenboş Universitetinin köpəkbalığı üzrə tədqiqatçıları bu yaxınlarda ərazidəki böyük ağ köpəkbalıqlarının siyahıyaalmasını başa çatdırıblar və onların sayının azaldığını deyirlər.
“Biz bu işə 2009-cu ildə ağ köpəkbalıqlarının bel üzgəclərinin fotoqrafik identifikasiyalarını toplamaqla başladıq. Ağ köpəkbalıqlarının bel üzgəcləri barmaq izi kimidir, yəni hər köpəkbalığının bel üzgəci unikaldır. Bunu edərək biz heyvanları tək-tək saya bildik, çünki hansının hahnsı olduğunu bilirdik”, deyə Stellenboş Universitetindən Dr. Sara Andreotti bildirir.
Şəkillər məlumat bazasına daxil edilir. Bu məlumat bazası alimlərə köpəkbalıqlarının yeri və davranışlarını müəyyən etməyə yardım edir.
Dörd il öncə qayığın ətrafında altı, yeddi müxtəlif köpəkbalığı görmək olurdu. İndi isə üç, ən yaxşı halda isə dörd ədəd görmək olur.Heinrik Du Plessis
Onların yeni araşdırmalarının nəticələri böyük köpəkbalıq sayının kəskin azaldığını göstərir
“Biz dünyanın ağ köpəkbalığı paytaxtı sayılan yerdə işləyirik. Ona görə də burada minlərlə köpəkbalığı tapacağımızı gözləyirik”, Dr. Adreotti deyir.
Lakin regionda bir digər tədqiqatçı qrupu da işləyir və onlar daha az sayda köpəkbalığına rast gəldiklərini deyir.
“Fikrimcə onlar kifayət qədər yetişmiş böyük köpəkbalığı görməyiblər, çünki biz qayıqda onlara tez-tez rast gəlimirik. Burada biz onları çox nadir hallarda görürük. Bəzən uzaqda böyük köpəkbalığı görürük, amma onlar qayıqa yaxınlaşmırlar ki, biz onların şəklini çəkə bilər”,deyə Oceans Research-dən Dilan İrion bildirir.
Ümid olunur ki, yeni hesablamalar düzgün olacaq.
Amma aydın olan bir şey var ki, digər böyük okean yırtıcıları kimi ağ köpəkbalıqlarının sayı da azalmaqdadır və onların daha çox qorunması lazımdır.