Accessibility links

Böyük Səkkizlər Suriyaya dair sülh planı qəbul edib



Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrini təmsil edən Böyük Səkkizlər qrupunun liderləri Suriyada qan tökülməsinin dayandırılması və ən tez bir zamanda sülh danışıqlarına başlanılmasına dair birgə plan təqdim edib. Lakin planda Suriya prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməli olması ilə bağlı bir söz deyilmir.

Böyük Səkkizlər qrupunun təqdim etdiyi sənəddə deyilir ki, danışıq iştirakçıları Əl-Qaidə ilə əlaqəsi olan döyüşçüləri Suriyadan çıxarmağa razı olmalıdır. Burada habelə Suriya qaçqınlarına 1,5 milyard dollarlıq yardım göstərilməsi də nəzərdə tutulur. Birgə qəbul edilən sənəddə hökumət qüvvələri və üsyançıların yol verdiyi hüquq pozuntular qınanır.

Sammitə ev sahibliyi edən Britaniyanın Baş naziri Deyvid Kameron deyib ki, yeddi maddədən ibarət olan planda Suriyada başlıca siyasi qrupların qarşılıqlı razılığı əsasında icraedici mərkəzlərin bütün səlahiyyətlərini icra edəcək müvəqqəti hökumətin təşkili prosesinə dəstək verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG