Accessibility links

BP enerji əmlakını Rusiya ilə birgə müəssisəyə satmağa razılaşıb


BP enerji əmlakını Rusiya ilə birgə müəssisəyə satmağa razılaşıb
BP enerji əmlakını Rusiya ilə birgə müəssisəyə satmağa razılaşıb

BP artıq Misir, Kanada, ABŞ və Kolumbiyadakı bizneslərinin bir hissəsini satıb

BP Venesuela və Vyetnamda enerji əmlakını Rusiya ilə birgə müəssisəyə 1.8 milyard dollara satmağa razılaşıb. Bu BP-nin Meksika Körfəzində baş verən nəhəng neft axınına görə ABŞ-a 30 milyard dollar borcu ödəmək üçün neft qurğularının satışı kampaniyasında atdığı növbəti addımlardan biridir. BP artıq Misir, Kanada, ABŞ və Kolumbiyadakı bizneslərinin bir hissəsini satıb. Sonuncu alıcı Rusiyanın üçüncü ən böyük neft şirkəti olan və BP ilə Rusiya investorlarını özündə birləşdirən, TNK-BP şirkətidir. Satış tənzimləyicinin təsdiqini almalıdır və sövdə gələn il başa çatmalıdır.

XS
SM
MD
LG