Accessibility links

BP şirkəti neft axıdan quyunu qapadıb


Ağ Ev məlumat verir ki, Meksika Körfəzində partlamış quyudan axan neftin böyük həcmi yox olub. Bu arada BP neft şirkəti həmin quyunu tam qapatdığını bildirir. Ağ Evin enerji müşaviri Karol Braun ABŞ televiziyasında yeni hökumət araşdırmasının körfəzə axan neft kütləsinin 75 faizinin toplandığını, yandırıldığını və ya təbii qüvvələr tərəfindən dağıdıldığını söyləyib. BP şirkəti isə xəbər verib ki, çərşənbə axşamı başlanan “static kill” adlı qapanma əməliyyatı uğurla başa çatıb. Əməliyyatın tərkib hissəsi kimi quyuya ağır palçıq vurulduqdan sonra o, sementlə qapadılıb. BP səkkiz saat müddətində quyuya ağır palçıq vurulduğunu bildirib.

XS
SM
MD
LG