Accessibility links

BP Azərbaycana sadiqdir


BP-logo
BP-logo

BP şirkəti prezident Əliyevin tənqidinə münasibət bildirib

“BP şirkəti Azərbaycana tam sadiqdir. Bunu BP-Azerbaijan şirkətinin ictimai əlaqələr üzrə meneceri Tamam Bayatlı Azərbaycan prezidenti İlham Əliyevin dünən hökumətin iclasında "ölkədə hasilatın azalmasında BP günahkardır" sözlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, BP şirkəti “Azəri-Çıraq-Günəşli”də qısa müddətə hasilatı bərpa etmək üçün ARDNŞ ilə sıx əlaqədə işləyir.

Qeyd edək ki, AÇG-də hasilatın piki 2010-cu ildə olub. O vaxt 40,6 mln ton neft (sutkada 823 min barrel) hasil edilib. 2011-ci ildə hasilat həcmi 35,4 mln ton (sutkada 717,6 min barrel) olub. Bu il üçün proqnoz 35,6 mln tondur, amma indiki hasilat tempi nəzərə alınsa, gözlənilən hasilat səviyyəsi 33 mln tondur (sutkada 670 min barrel).

“Azəri-Çıraq-Günəşli” üzrə PSA tipli saziş 1994-cü il sentyabrın 20-də imzalanıb və dekabrın 12-də parlamentdə təsdiq olunub. Sazişin müddəti 30 il, mümkün uzadılma 5 ildir. AÇG kontrakt meydançasında hasilat 1997-ci il noyabrın 7-də başlayıb. 2012-ci il sentyabrın əvvəli üçün 2,1 mlrd barrel neft çıxarılıb. Blokun ümumi çıxarıla biləcək ehtiyat, Azərbaycan geoloqlarının fikrincə, 8,8 mlrd barreldir.

Prezident Əliyev oktyabrın 10-da Nazirlər Kabinetinin iclasında BP şirkətini tənqid edib. Onun fikrincə, neft hasilatının azalması BP şirkətinin proqnozlarını yerinə yetirməməsi ilə bağlıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG