Accessibility links

bp Azərbaycanda neft hasilatını artıracaq


bp şirkətinin Xəzər nefti ilə bağlı xəritəsi
bp şirkətinin Xəzər nefti ilə bağlı xəritəsi

2013-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı 33 milyon ton, 2014-cü ildə 35 milyon ton səviyyəsində proqnozlaşdırılır

bp Azərbaycanda neft hasilatını artıracaqdır. Bu barədə oktyabrın 24-də Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

O deyib ki, Azərbaycanda neft hasilatı ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarından sonra ARDNŞ ilə bp şirkəti arasında neft hasilatının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.

“Hazırlanacaq proqrama əsasən, 2013-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı 2012-ci ilə nisbətən, yəni 33 milyon ton, 2014-cü ildə isə 35 milyon ton səviyyəsində proqnozlaşdırılır. Sonradan 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 milyon ton neft hasil olunması nəzərdə tutulub”.

R.Abdullayevin sözlərinə görə, neft hasilatının sabitləşməsi ilə bağlı Londonda ARDNŞ-in böyük nümayəndə heyəti ilə bp-Global şirkəti arasında müzakirələr aparılıb. Müzakirələrdə “Əsrin müqaviləsi”nin rəhbər komitəsinin tərkibində yeni alt komitənin yaradılması qərara alınıb. Bu alt komitə müqavilənin operatoru üçün 2013-cü və 2014-cü illər, eləcə də 2014-2024-cü illər üzrə iş proqramı hazırlayacaq.

Hazırda bu proqram ətrafında danışıqlar və müzakirələr aparmaq üçün bp şirkətinin üç vitse-prezidenti Bakıdadır, onlar ARDNŞ ilə birlikdə bu proqram üzərində işləyir.
XS
SM
MD
LG