Accessibility links

Müdafiə Nazirliyi: Ermənistan BQXK-nin humanitar missiyasından hərbi məqsədləri üçün istifadə edib


Cəbhə xətti
Cəbhə xətti

Bundan sonra Azərbaycanın iki mülki vətəndaşı yaralanıb

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttinə yaxın ərazilərdə Ermənistan tərəfinin humanitar tədbirlər adı altında mövqe baxımından hərbi üstünlüyə nail olmaq məqsədi daşıyan hər hansı bir fəaliyyətin həyata keçirilməsi cəhdinə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yol verilməyəcək və bu cür halların qarşısı qətiyyətlə alınacaqdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyi əməkdaşlarının nəzarəti altında Ermənistan-Azərbaycan dövlət sərhəddi yaxınlığındakı erməni yaşayış məntəqələrində humanitar tədbirlərin görülməsi zamanı atəşkəsin pozulmayacağı barədə zəmanət verilməsi ilə əlaqədar Azərbaycan tərəfinə iyul ayında xahişlə müraciət edib.

“Azərbaycan beynəlxalq hüquq normalarına və humanitar qaydalara riayət etmək şərti ilə bu işlərin görülməsi məqsədilə BQXK-nin əməkdaşlarına şərait yaradılmasını anlayışla qarşılayır. Lakin, Ermənistan tərəfi BQXK-nin Ermənistandakı nümayəndəliyi əməkdaşlarının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış şəraitdən sui-istifadə etməyə cəhd göstərir. Belə ki, BQXK-nin təşəbbüsü ilə növbəti dəfə Ermənistan ərazisində humanitar xarakterli fəaliyyətlərin yerinə yetirilməsi zamanı erməni tərəfi traktor və digər mülki texniki vasitələrdən istifadə etməklə zirehli döyüş texnikasının yerdəyişməsini həyata keçirərək Ermənistanın Movses yaşayış məntəqəsi yaxınlığında əlverişli mövqe əldə etməyə cəhd göstərib. Bundan sonra Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli və Ağdam yaşayış məntəqələrini intensiv atəş altında saxlayır. Nəticədə iyulun 25-də ermənilərin atəşkəsi pozması səbəbindən Tovuz rayonunun Əlibəyli kəndinin iki dinc sakini yaralanıb və onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Bu hadisələrlə bağlı BQXK dərhal rəsmi surətdə məlumatlandırılıb”, mətbuat xidməti bildirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına Ermənistan tərəfi və Beynəlxalq Qızıl Xaç Komitəsi hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG