Accessibility links

BQXK cəbhədə vurulan helikopterin pilotları ilə bağlı dialoq aparır


Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter
Azərbaycan Silahlı Qüvvələrinin vurduğu helikopter

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə bölgəsində vurulan helikopterin pilotları ilə bağlı dialoq aparır.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 12-də Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri Ermənistan - Azərbaycan cəbhəsinin Azərbaycan ordusunun Ağdam rayonu istiqamətində müdafiəsinin ön xəttində yerləşən mövqelərinə hücum edərkən vurulub.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Amerikanın Səsinə bildirib ki, Cenevrə konvensiyalarına görə münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. “BQXK helikopterin pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”, o qeyd edib.

XS
SM
MD
LG