Accessibility links

"Sizin burada keşişiniz var, bizim isə orada ruhanimiz"


Türkiyə bir ilə yaxındaır həbsdə olan amerikalı keşiş Andryu Bransonu Fətullah Gülənin ekstradisiyası müqabilində azad edə bilər.

"Sizin burada keşişiniz var, bizim isə orada ruhanimiz. Onu bizə qaytarın, biz də sizə keşişi verək" deyə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təklif edib.

Türkiyədə xanımı Norinlə bərabər həyatının 23 ilini yaşayan Branson 2016-cı ilin oktyabrında mühacirət qanunlarını pozmaq ittihamı ilə həbs edilib. Norin azad edilsə də, Branson Fətullah Gülənin tərəfdarı kimi yeni ittihamlarla həbsdə saxlanılıb.

FILE - Andryu Branson xanımı ilə
FILE - Andryu Branson xanımı ilə

Onlar İzmirdəki Xristian Kilsəsinin sahibləridir.

Norin ötən ay Ankaraya səfər edən ABŞ dövlət katibi Reks Tillersonla görüşüb. Daha sonra Tillerson Bransonun həbsini yanlışlıq kimi qiymətləndirib.

Avqust ayında təsdiq edilən qanun Ərdoğana xarici məhbusların mübadiləsinə imkan yaradıb.

Rəsmi Ankaran dəfələrlə Türkiyənin çevriliş cəhdində günahlandırdığı Gülənin ekstradisiyasını tələb edib. Gülən bu ittihamları rədd edir.

Çevriliş cəhdinin ildönümü ilə bağlı yaydığı bəyanatda Gülən Türkiyə hökümətinin son bir ildə günahsız insanlara qarşı rəftarı ilə Türkiyəni dünyanın demokratiya, qanun aliliyi və fundamental azadlıqlarının olduğu ən pis ölkələr siyahısına daxil etdiyini" bildirib.

Türkiyədə çevriliş cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam işdən kənarlaşdırılıb, təxminən 50 min nəfər həbs edilib.

XS
SM
MD
LG