Accessibility links

Endrü Bransonun valideynləri üçün həsrət bitdi


Endrü Bransonun valideynləri üçün həsrət bitdi
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Terror ittihamı ilə iki il həbsdə olan amerikalı rahib Endrü Branson Türkiyə məhkəməsinin qərarından sonra keçən həftə azad edilib. Yevangelist missionerin həbsi Türkiyə ilə Tramp administrasiyası arasında ixtilafa səbəb olduqdan sonra medianın gündəminə gəldi.

Endrü Bransonun valideynləri üçün bu həsrət nəhayət keçən həftə bitdi. Endryu Barnsonun anası Pamela Branson: “Biz onun azad ediləcəyinə inanırdıq. Onun azad ediləcəyini gözləyirdik. Amma həddindən artıq nikbin olmaqdan da ehtiyat edirdik. Ona görə də bunu biləndə çox böyük sevinc yaşadıq. Tanrı dualarımızı eşitdi.”

“Səhər saat 10 olardı. Bir nəfər zəng edib soruşdu ki, `xəbəri eşitmisiniz? Endryu azad edilib`. Lakin biz bu barədə rəsmi məlumat almasaq da, bu xəbərə çox sevindik. İki ildən çox gözlədiyimiz, ümid etdiyimiz şey indi gerçək oldu” deyə, atası Ron Branson bildirir.

Üç il bir ay həbs cəzasına məhkum edilən Branson Türkiyə həbsxanasında iki il qaldı. Pamela Branson: “Mən dərhal oraya getdim və onu gördüm. Ona dedim ki, Endrü narahat olma, sən həbsxanaya getməyəcəksən, sən heç nə etməmisən. O isə mənə `sən əminmisən?` deyə, sual verdi. Mən də ona dedim ki, günahsız insan həbsxanaya gedə bilməz.”

Ron Branson: “Sonra dedilər ki, o, Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin agentidir və dövlət çevrilişinin təşkilinə yardım edib. Mən isə deyirdim ki, bu bizim oğlumuz ola bilməz, bizim oğlumuz bunu etməz. Bundan sonra Türkiyədə onun haqda yazılan daha çox şey eşitdik.”

Həftələr aylarla, aylar isə illərlə əvəz olur, Bronsonun ailə üzvləri, dostları və ona inananlar isə ümidlərini itirmirdi. Nəhayət onların duaları qəbul oldu. Pastor David Teylor: “Yalnız sevinc hissi var. Biz bu günü uzun zamandır gözləyirdik. Buradakı çox sayda insan onun günahkar olmadığını uzun zaman narahatlıq və həsrətlə gözləyirdi. İndi isə onun sağ-salamat öz evinə, bizim aramıza qayıdacağını bilmək sevindirici haldır.”

Rahib Bransonun valideynləri onun azad edilməsinə görə minnətdardırlar və bu təcrübənin onu daha da güclü edəcəyinə inanırlar. “Mən kədərlənmirəm, çünki o, Tanrının yanında aslan kimi güclüdür. O, Tanrının ona verəcəyi hər şeyə hazırdır” deyir, Pamela Branson.

XS
SM
MD
LG