Accessibility links

Amerikalı keşiş ikinci dəfə məhkəmə qarşısına çıxarılıb


Türkiyədə həbsdə olan amerikalı keşiş ikinci dəfə məhkəmə qarşısına çıxarılıb. Andru Branson casusluq və terrorçularla əlaqəsinə dair ittihamları rədd edib.

35 il azadlıqdan məhrumiyyət qarşısında olan keşişin məhkəməsinin növbəti iclası iyulun 18-nə təyin edilib.

Prosesdə ABŞ-ın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnett və Beynəlxalq Din Azadlığı Komissiyasının amerikalı üzvü Sandra Cilli də iştirak edib.

Məhkəmə ABŞ-Türkiyə münasibətlərində gərginliyə səbəb olub.

Türkiyədə xanımı Norinlə bərabər həyatının 23 ilini yaşayan Branson 2016-cı ilin oktyabrında mühacirət qanunlarını pozmaq ittihamı ilə həbs edilib. Norin azad edilsə də, Branson həbsdə saxlanılıb.

Amerika dəfələrlə onun azad edilməsinə çağırıb. Prezident Trampın da bununla bağlı müraciəti cavabsız qalıb.

Şimali Karolinalı Branson Fətullah Gülənlə də əlaqədə günahlandırılır.

Rəsmi Ankara dəfələrlə Türkiyənin çevriliş cəhdində günahlandırdığı Gülənin ekstradisiyasını tələb edib. Gülən bu ittihamları rədd edir.

Türkiyə daha əvvəl Andryu Bransonu Fətullah Gülənin ekstradisiyası müqabilində azad edə biləcəyini bildirmişdi.

XS
SM
MD
LG