Braziliyanın iki böyük şəhərində liderlər ölkədə hökumətə qarşı etiraz aksiyalarının başlanmasına səbəb olan ictimai nəqliyyatdan istifadə qiymətlərinin artırılması planlarını ləğv edib.
Dünən Sao Paulo və Rio-De-Janeyro rəsmiləri əvvəlki qiymətlərin tətbiq ediləcəyi barədə qərarı elan edib. Bir neçə başqa Braziliya şəhəri ictimai nəqliyyat qiymətlərinin artırılması planlarına dair qərarı artıq ləğv etmişdi.
Bütün bunlara baxmayaraq dünən Braziliyanın bəzi yerlərində nümayişlər davam edib. Niteroy şəhərində iğtişaş polisi Niteroi ilə Rio-De-Janeyro şəhərlərini birləşdirən körpüdə nəqliyyatın hərəkətini dayandırmaq istəyən yüzlərlə nümayişçi ilə toqquşub.